Müstəqillik hərəkatlarının müstəmləkəçiliyə qarşı apardığı mübarizəyə BTQ-nin dəstəyini ifadə edən icraçı direktor deyib: “Son iki il ərzində 35-dən çox beynəlxalq konfrans və tematik tədbir təşkil etmişik, təxminən 150 tədqiqat aparmışıq, 40-dan artıq hesabat və üç kitab nəşr etdirmişik. Birləşmiş Millətlər Təşkilatına və onun qurumlarına alternativ hesabatlar və bəyanatlar təqdim etmişik”.
#BTQ
Bakı Təşəbbüs Qrupunun İcraçı direktoru Abbas Abbasov Simon Bolivar İnstitutunun Xalqlar arasında Sülh və Həmrəylik Fondunun Prezidenti Blanka Qomesin dəvəti ilə iştirak etdiyi “Müstəmləkəçilik, Neokolonializm və onun nəticələri” adlı beynəlxalq konfransda çıxış edib. Abbasov çıxışında Bakı Təşəbbüs Qrupunun (BTQ) müstəmləkəçilik və neokolonializmə qarşı aparılan qanuni mübarizəni fəal şəkildə dəstəklədiyini, təşkilatın beynəlxalq ictimaiyyətə bu məsələlərin reallıqlarını çatdırmaq üçün geniş fəaliyyət göstərdiyini bildirib.
31 Avqust - Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü kimi qeyd edilir. Bu gün 2020-ci ildə BMT tərəfindən təsis edilib və məqsədi Afrika mənşəli xalqların zəngin mədəni irsini, müxtəlif mədəniyyətlərini və dünyaya verdikləri əvəzsiz töhfələri geniş ictimaiyyətə çatdırmaqla yanaşı, onların üzləşdiyi ayrı-seçkilik, ədalətsizlik və bərabərsizlik kimi ciddi problemlərə diqqət çəkmək, onların fundamental insan hüquqlarının müdafiəsini təşviq etməkdir. Avqustun 31-nin qeyd olunması təkcə Afrika mənşəli xalqların deyil, ümumilikdə bəşəriyyətin hüquq və azadlıqlarının təmin olunması istiqamətində atılan əhəmiyyətli addımdır.