ABŞ Müharibə Nazirliyi mayın 8-də “müəyyən edilməmiş hava hadisələri” ilə bağlı yeni sənədləri açıqladı. Nazirlik xüsusi hökumət portalı vasitəsilə ilk sənəd paketini yayıb və bunun başlanğıc olduğunu, yaxın aylarda daha çox materialın açıqlanacağını bildirib.
#ABŞ Müharibə Nazirliyi
Ukrayna Prezidenti Vladimir Zelenski cümə axşamı Kiyevdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndə heyəti ilə görüşəcək. Görüş, ABŞ-ın müharibəni Moskvanın maraqlarına uyğun şərtlərlə dayandırmağı nəzərdə tutan planına dair yayılan məlumatların fonunda keçirilir.
ABŞ Prezidenti Donald Trampın administrasiyasında təhlükəsizlik narahatlıqları fonunda bir sıra yüksək vəzifəli rəsmilərin Vaşinqtondakı evlərini tərk edərək hərbi bazalara köçdüyü bildirilir. ABŞ Müdafiə naziri Pit Hegseth, Dövlət katibi Marko Rubio və bir neçə digər kabinə üzvü paytaxtdan kənardakı hərbi hissələrdə yerləşdirilən xüsusi yaşayış sahələrinə keçiblər. Rəsmilər sentyabr ayında mühafizəkar fəal Çarli Kirkə qarşı törədilən sui-qəsddən sonra təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdilər.
ABŞ Prezidenti Donald Tramp, Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsini nəzərdə tutan prezident fərmanına imza atıb. O bildirib ki, yeni qərarın qüvvəyə minməsi üçün Konqresdə hüquqi dəyişikliklərin edilməsi tələb olunur və bu istiqamətdə müraciətlər ediləcək.
ABŞ prezidenti Donald Trampın administrasiyası Müdafiə Nazirliyinin (Pentaqon) adını dəyişərək onu “Müharibə Nazirliyi” adlandırmağı planlaşdırır. Hökumətin ən böyük qurumuna yenidən “Müharibə Nazirliyi” adının verilməsi üçün Konqresin qərarı lazım ola bilər. Bununla belə, Ağ Ev bu dəyişikliyi həyata keçirmək üçün alternativ yolları da araşdırır. Florida ştatından respublikaçı konqresmen Qreq Stiub illik müdafiə siyasəti qanun layihəsinə düzəliş təqdim edib. Bu dəyişiklik Pentaqonun adının dəyişdirilməsini nəzərdə tutur ki, bu da Konqresdə müəyyən respublikaçı dəstəyinin mövcudluğunu göstərir. Ağ Ev əlavə təfərrüat açıqlamayıb, amma Trampın ötən həftə ABŞ ordusunun hücum qabiliyyətlərinə diqqət çəkən bəyanatına istinad edib. Ağ Evin sözçüsü Anna Kelli bildirib: “Prezident Trampın da qeyd etdiyi kimi, ordumuz yalnız müdafiəyə deyil, hücuma da fokuslanmalıdır. Buna görə də o, Pentaqonda müxtəliflik, bərabərlik və inklüzivlikdən daha çox döyüşçülərə önəm verdi.”