#Türkiyə - İsrail əlaqələri

İsrailin ABŞ-dakı səfiri Yexiel Leiter Türkiyənin F-35 döyüş təyyarələri tədarükü məsələsində İsrailin mövqeyini açıqlayaraq, ölkəsinin bu mövzuda qətiyyətli olduğunu bildirib. Leiter Türkiyənin strateji əhəmiyyətini və NATO üzvü olaraq güclü orduya malik olduğunu tanıdığını vurğulayıb, lakin İsrailin Türkiyənin ABŞ-dan F-35 almasını istəmədiyini qeyd edib.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, regional inkişaflara dair qiymətləndirmələrində İsrailin Qətərə hücumunu sərt tənqid edərək bunun bölgədə yeni bir mərhələ açdığını vurğulayıb. Nazir bildirib ki, İsrail artıq risklərini hesablamış və Fələstin məsələsinin də o üzünə keçərək regional genişlənmə siyasəti yürütməyə başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahunun “Qüds bizim şəhərimizdir” bəyanatına cavab olaraq Türkiyənin bölgədəki tarixi mövqeyinə diqqət çəkib. Bu barədə Ərdoğan Beştepedə yerləşən “Şəhid Yaxınları, Qazi və Qazi Yaxınlarının Dövlət Qurumlarına Yerləşdirilməsi üzrə Qura Təməlqoyma Mərasimi”ndə çıxış edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Cənubi Kipr Rum İdarəsinin (GKRY) İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsinə dair yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. Nazirlik mənbələri bildiriblər ki, Cənubi Kipr tərəfinin davam edən silahlanma cəhdləri və adada sülhü, sabitliyi poza biləcək fəaliyyətləri bölgədə gərginliyi artırmaq riski daşıyır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsün 2 milyardlıq İslam aləminin ortaq davası, yaddaşı və irsi olduğunu vurğulayıb. Ərdoğan bu barədə Ankarada Xarici İşlər Nazirliyinin yeni kompleksinin təməlqoyma mərasimində çıxışı zamanı bildirib.Ərdoğan beynəlxalq vəziyyətin getdikcə daha qeyri-sabit olduğunu, Türkiyənin isə sabitliyi qorumaq və sülhü təmin etmək üçün həm yumşaq, həm də sərt gücündən istifadə etdiyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qətərdə keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Liqasının Birgə Fövqəladə Zirvəsində çıxış edib. O, həmçinin İsrailin Qətərə təşkil etdiyi hücumlarda həyatını itirən fələstinli və qətərlilərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyib.

Türkiyə Xarici İşlər naziri Hakan Fidan 15 sentyabrda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı (İƏT) – Ərəb Liqası Xüsusi Zirvəsinə hazırlıq məqsədilə yarın Qətərin paytaxtı Dohada keçiriləcək Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək

İsrail ordusunun istefada olan polkovniki Eran Lerman Türkiyə ilə mümkün qarşıdurma ssenarilərinə dair diqqətçəkən açıqlamalar verib. Lerman bildirib ki, İsrail ordusu NATO-nun ikinci ən böyük gücü olan Türkiyə ordusu ilə müharibəyə hazır deyil. “Biz belə böyük bir ordu ilə müharibəyə qətiyyən hazır deyilik. Ümid edirəm ki, heç vaxt bu həddə çatmarıq”-deyə o bildirib. Onun sözlərinə görə, İsrailin imkanları məhduddur, lakin ölkənin dəniz qüvvələri istedadlı və cəsurdur, havada isə üstünlüklərin mövcud olduğuna inanır. “Bütün bunlara baxmayaraq, Türkiyənin quru qoşunları çox böyükdür və biz onlarla birbaşa müharibəyə heç vaxt girməməliyik”- deyə o əlavə edib.

Türkiyə Xarici İşlər Nazirliyi, İsrail Baş naziri Benyamin Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatına sərt reaksiya verərək, onun Fələstin xalqına qarşı törətdiyi cinayətləri ört-basdır etməyə çalışdığını bildirib. Nazirlikdən verilən yazılı açıqlamada, “Netanyahunun 1915-ci il hadisələri ilə bağlı bəyanatı keçmiş ağrılı hadisələrdən siyasi səbəblərə görə istifadə cəhdidir. Fələstin xalqına qarşı soyqırımda roluna görə mühakimə olunan Netanyahu, özünün və hökumətinin cinayətlərini ört-basdır etməyə çalışır. Tarixi və hüquqi faktlarla uyğun olmayan bu bəyanatı qınayır və rədd edirik,” ifadələri yer alıb.

İsrailin baş naziri Benyamin Netanyahu, Patrick Bet-David-in podkastında çıxış edərək 1915-1917-ci illərdə Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən qırğınları şəxsən soyqırım kimi tanıdığını elan edib. Etnik erməni olan Bet-David, Holokostun dünya miqyasında tanınması kontekstində İsrailin Erməni Soyqırımını niyə rəsmi olaraq tanımadığını soruşub. Netanyahu, “Mən artıq tanıdım,” deyərək cavab verib, lakin bu bəyanatın İsrailin rəsmi siyasətini əks etdirmədiyi qeyd olunub. O, əvvəlcə Knessetin bu barədə qətnamə qəbul etdiyini iddia etsə də, belə bir qanun qəbul edilməyib.