“Liverpul” mövsümün sonuna qədər PSJ-nin hücumçusu Qonsalu Ramuşu icarəyə götürmək imkanını nəzərdən keçirir. “Qırmızılar”ın rəhbərliyi Aleksander İsağın ağır zədələnməsi fonunda hücumçu axtarışı üçün transfer bazarına çıxmağa məcbur qalıb.
#Aleksander İsak
Liverpul klubu bu yay Aleksander İsakı transfer etmək üçün 130 milyon funt-sterlinqdən (175 milyon dollar) çox dəyərində təklif hazırlayır. Nyukasl rəhbərliyi isveçli hücumçunu satmaq niyyətində olmadığını dəfələrlə vurğulayıb və 150 milyon funt-sterlinqdən aşağı təklifləri qəbul etməyəcəklərini bildiriblər. Liverpul isə bu məbləği ödəməyə razı deyil.