Almaniyanın Hamburq limanı yaxınlığındakı anbarlardan birində güclü yanğın baş verib. Feddel rayonunda alov əvvəlcə bir avtomobili bürüyüb, daha sonra qaz balonlarına keçərək partlayışlara səbəb olub. Partlayış nəticəsində balonların parçaları yaxınlıqdakı avtomagistralda hərəkətdə olan avtomobillərin üzərinə düşüb, xəsarət alanların olduğu bildirilib. Hadisədən sonra magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb.