#Bəyyinə Surəsi

Surənin adı bir və üçüncü ayələrdəki “bəyyinə” (açıq-aydın dəlil) sözündən götürülmüşdür. Surənin əsas mövzusu əhlikitabın açıq dəlil kimi Qurana inanmaması, inkar etməsidir. Bununla yanaşı, dini inkar edən insanlarla inananların fərqi və əməllərinin qarşılığı haqqında məlumat verilir.