#Sportinq

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları start götürür. Avropanın ən nüfuzlu klub turnirində aprelin 14 və 15-də keçiriləcək qarşılaşmaların nəticələrinə əsasən yarımfinala yüksələn komandalar müəyyənləşəcək. Məlumata əsasən, ilk oyun günündə Madrid “Atletiko”su “Barselona”nı, “Liverpul” isə Paris Sen-Jermeni qəbul edəcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mançester Siti yay transfer pəncərəsi öncəsi Sportinqin kapitanı Morten Hjulmandın transferi üçün fəallığını artırıb. Məlumata əsasən, danimarkalı yarımmüdafiəçi üçün Yuventus və Mançester Yunayted də maraq göstərir. Lakin Viananın futbolçunu yaxşı tanıması və klublar arasında münasibətlərin müsbət olması Mançester Sitini əsas namizədə çevirir.

İtaliyanın AC Milan klubu Sportinqin hücumçusu Konrad Harderin transferi üçün razılığa yaxın olsa da, danimarkalı futbolçu Fransa Liqa 1-də çıxış etməyə üstünlük verir. Milan klubu Harder üçün 24 milyon avro əsas məbləğ və əlavə 3 milyon avro bonus ödəmək barədə razılıq əldə edib.