#Ağanəzər Novruzov

Bu gün Bolqarıstanın Samokov şəhərində U20 dünya çempionatına start verilib. İlk yarış günündə sərbəst güləş üzrə 70, 74, 97 və 125 kq-da finalçılar müəyyənləşib. Nurlan Ağazadə (70 kq) debütdə kanadalı Keyd Braunu mübarizədən kənarlaşdırıb – 9:2. Milli üzvü 1/8 finalda gücünü qırğızıstanlı Zalkarbek Tabaldiyevə göstərib – 5:2. Güləşçimiz çinli Tao Veini isə vaxtından əvvəl (12:2) üstələyərək yarımfinala yüksəlib. Nurlan finalın bir addımlığında moldovalı Aleksandr Qaydarliyə məğlub olub – 4:7. Ağazadə sabah bürünc medal uğrunda güləşəcək. Ağanəzər Novruzov (74 kq) bolqarıstanlı Stiliyan Corova heç bir şans tanımayıb – 10:0. Ancaq 1/8 finalda almaniyalı U20 Avropa çempionu Manuel Vaqinə 2:7 hesabıyla uduzub.