Türkiyə Super Liqasının yeni mövsümündə ilk turda Alanyasporla qarşılaşması təxirə salınan Fenerbahçe, liqadakı ilk oyununu İzmir səfərində keçirəcək. Sarı-lacivərdlilər Göztepe ilə Gürsel Aksel Stadionunda üz-üzə gələcək.Görüş bu gün saat 21:30-da start götürəcək. Oyun Yasin Kolun idarəçiliyi ilə baş tutacaq. Ona yan xətt hakimləri olaraq Ceyhun Sesigüzel və Mehmet Kısal kömək edəcək.Fenerbahçe ötən mövsüm Super Liqanı ikinci sırada tamamlayaraq UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində oynamaq hüququ qazanmışdı. Klub ilk rəsmi oyununu Hollanda təmsilçisi Feyenoorda qarşı keçirmişdi.