#hücum planı

İran Prezidenti Məsud Pezeşkian ölkəsinin hər hansı təzyiq və ya təhdid qarşısında möhkəm dayanacağını açıqlayıb. Pezeşkian bildirib ki, İran infrastrukturuna qarşı edilən təhdidlər, nəqliyyat, elektrik və su şəbəkələrini hədəfə alan planlar, güc nümayişi deyil, çaşqınlıq əlamətidir. Bu açıqlama ABŞ administrasiyasının İran obyektlərinə qarşı güclü hücum planı elanından dərhal sonra verilib. Prezidentin mövqeyi həm İranın ərazi bütövlüyünün qorunmasına, həm də regiondakı gərginliyin idarə olunmasına işarə edir.

İsrail ordusu Qəzza şəhərinin işğalı planı çərçivəsində 80-100 min ehtiyat əsgəri səfərbər etməyi nəzərdə tutur. “Yedioth Ahronot” qəzetinin məlumatına görə, Baş Qərargah rəisi Eyal Zamir Qəzza şəhəri də daxil olmaqla bölgənin işğalı üçün hücum planının əsasını təsdiqləyib. Plan təsdiqləndikdən sonra Zamirin müəyyən etdiyi ilkin çərçivəyə əsasən ehtiyatda olan on minlərlə hərbçiyə çağırış göndəriləcək. Qəzza şəhərinin qərb hissəsində hündürmərtəbəli binalara hücumlar, HƏMAS-ın təchiz etdiyi iddia edilən qruplara qarşı əməliyyatlar və hücum manevrləri ilə bağlı müzakirələrin yaxın günlərdə davam etdiriləcəyi bildirilir.