İsrail ordusu Livanın cənubuna hücum həyata keçirəcəyini açıqlayıb. Ordunun açıqlamasında “bir azdan vuracağıq” ifadəsi ilə bölgəyə zərbələrin endiriləcəyi bildirilib. Paylaşılan məlumatda iki binanın işarələndiyi və “təcili” kodu ilə təxliyə xəbərdarlığının edildiyi görünür. İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Aviçay Adraei tərəfindən yayımlanan təxliyə çağırışında, xüsusilə Deir Kifa və Şahur kəndlərində yaşayan sakinlərə müraciət olunub.
#İsrail Müdafiə Qüvvələri Qəzzada əməliyyat
İsrailin müdafiə naziri İsrail Kats bu gün cümə günü bəyan edib ki, Qəzza zolağında HƏMAS-a məxsus bütün tunellərin “sonuncu tunelədək” tamamilə məhv edilməsi üçün orduya göstəriş verib. Kats sosial şəbəkə “X”dəki hesabında yazıb: “Əgər tunellər olmasa, HƏMAS da olmayacaq”. Bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
İsrail qüvvələri Qəzza şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.İsrail Müdafiə Ordusu (ÇAXAL) Qəzza şəhərinin yarısından çoxuna nəzarət edir və 800 min sakin bölgəni tərk edib", - deyə bildirilib.
Eyni gün İsrail ordusu və təhlükəsizlik xidməti “Şabak”ın birgə əməliyyatı nəticəsində HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam briqadaları”nın maliyyə bölməsinin məsulu Nurəddin Dabbəşin öldürüldüyü elan olunub. Ordu sözçüsü bildirib ki, Dabbəş müharibə dövründə on milyonlarla dollar toplayaraq Qəzzada hərbi qanada ötürüb və bu vəsaitlər döyüş qabiliyyətinin artırılmasına yönəlib.
“Times of Israel” və “Haaretz”in istinad etdiyi diplomatik mənbələr bildirir ki, HƏMAS böyük güzəştlərə hazır olduğunu göstərərsə, İsrail siyasi rəhbərliyi bu hərbi əməliyyatı dayandıra bilər. Lakin iki tərəf arasında fikir ayrılıqlarının qalması ehtimalı hələ də yüksəkdir. Fələstinli mənbələr isə HƏMAS-ın danışıqlarda irəliləyiş istəyinin İsrailin Qəzzaya nəzarət planından çəkilib-çəkməməsindən asılı olduğunu vurğulayırlar. Bu xəbərlər İsrail-HƏMAS arasında danışıqların əvvəlki iflasından sonra gəlsə də, İsrailin razılığa hazır olduğunu göstərən siqnallar da mövcuddur.
İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında “İslami Cihad” qruplaşmasının iki sahə komandirini qətlə yetirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.