Mənim istəyim bölgədə sülhün və rifahın təmin olunmasıdır. Bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə söyləyib.
#Azərbaycan Ermənistan danışıqları
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evdə mətbuata bəyanatla çıxış edir.
ABŞ prezidenti dəfələrlə Azərbaycan və Ermənistan arasında yaxın zamanda razılığın əldə olunacağına ümid etdiyini bildirib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott cümə axşamı keçirilən brifinqdə danışıb.