Bəyanata əsasən, İran bu razılaşmanı regionda davamlı sülhün reallaşması istiqamətində önəmli addım olaraq qiymətləndirir. Qeyd olunur ki, İran sülh və sabitliyin qorunması, ikitərəfli və regional əməkdaşlıq yolu ilə regionun iqtisadi inkişafı üçün Azərbaycan və Ermənistanla konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir.
#ABŞ Azərbaycan Ermənistan münasibətləri
"Bu gün həqiqətən tarixi bir andır, çünki Azərbaycan və Ermənistan artıq otuz ildən çox davam edən uzunmüddətli münaqişənin həlli istiqamətində qəti addım atırlar. Bu prosesə rəhbərlik edərkən Prezident İlham Əliyevin göstərdiyi uzaqgörənlik və qətiyyəti yüksək qiymətləndirirəm və bu irəliləyişə verdiyi töhfəyə görə Prezident Donald Trampa dərin minnətdarlığımı bildirirəm. Həmçinin, Azərbaycan Ermənistanla sülh yolu ilə irəlilədiyi üçün qardaşım, xarici işlər naziri Ceyhun Bayramovu da səmimi qəlbdən təbrik edirəm", - Məhəmməd İshaq Dar qeyd edib.
"Biz Prezident İlham Əliyevi və Azərbaycan xalqını öz regionları üçün sülh dolu gələcəyin qurulmasında müdriklik və uzaqgörənlik nümayiş etdirən bu tarixi razılaşma münasibətilə təbrik edirik. Pakistan həmişə qardaş Azərbaycan xalqını dəstəkləyib və tarixinin bu şanlı anında da onun yanındadır.
"Baş verən – tarixi bir hadisədir. Mən artıq neçənci aydır deyirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Bu gün biz artıq deyə bilərik ki, sülh bərqərar olub və o bizim ölkələrin suverenlikləri və ərazi bütövlükləri çərçivəsində bərqərar olub", - deyə o Paşinyan qeyd edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda Azərbaycan və Ermənistan arasında imzalanmış sülh razılaşması üzrə bəyannamə uzunmüddətli hərbi münaqişəyə son qoymuş tarixi əhəmiyyətli nailiyyət kimi qiymətləndirir. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Ruslan Jeldıbay "Telegram" kanalında yazıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Azərbaycan və Ermənistan arasında razılaşmaların əldə olunmasına öz töhfəsini verdiyini hesab edir. Azervoice xəbər verir ki, bu barədə Prezident Tokayevin mətbuat katibi Ruslan Jeldıbay bildirib.
8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefondanışığı aparılıb. Azervoice xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın iştirakı ilə Ermənistan Respublikası və Azərbaycan Respublikası arasında əldə edilmiş sülh razılaşmasını alqışlayır. Azervoice-in məlumatına görə, bu, Səudiyyə Ərəbistanı XİN-nin yaydığı bəyanatda bildirilib. Bəyanatda, iki dövlətin xalqlarının və Qafqaz regionunun mənafeyinə xidmət edəcək bu razılaşmanın Ermənistan və Azərbaycan arasında anlaşmanın, əməkdaşlığın, təhlükəsizlik və sabitliyin yeni mərhələsinin başlanğıcını təşkil edəcəyinə inam ifadə edilib.
Ermənistan Konstitusiyasında olan ərazi iddiaları bu gün imkan vermədi ki, sülh sazişi imzalansın.
Bu, Prezident Trampla mənim birinci görüşümdür və görüş çox səmimi şəkildə keçirildi. Onun Azərbaycanla bağlı bilgiləri məni dərindən təəccübləndirdi.
907-ci düzəlişin ləğv edilməsi tarixi hadisədir.
Biz vaxt itirmək istəmirik, onsuz da əvvəlki administrasiya dövründə - bu dörd ili mən itirilmiş illər kimi qiymətləndirirəm. Əfsuslar olsun ki, Bayden administrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.