Bu gün futbol üzrə Türkiyə Superkubokunun ilk yarımfinal matçı baş tutub. “Qalatasaray” doğma meydanda “Trabzonspor”la qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn İstanbul təmsilçisi adını finala yazdırmağı bacarıb.
#Samsunspor
"Fənərbağça" qış transfer pəncərəsində ilk transferini gerçəkləşdirib. İstanbul nəhəngi "Samsunspor"un niderlandlı futbolçusu Entoni Musaba ilə 4,5 illik müqaviləyə imza atıb. Bu transfer "Fənərbağça"ya 5 milyon avroya başa gəlib.
Türkiyə Futbol Federasiyasının statistikalarına əsasən, Süper Liq tarixində ən çox xal toplayan komandalar siyahısı yenilənib. Siyahıya 4438 xalla Fenerbahçe klubu liderlik edir. Sarı-lacivərtliləri 4401 xalla Galatasaray, 4215 xalla isə Beşiktaş izləyir. Dördüncü pillədə 3035 xalla Trabzonspor, beşinci sırada isə 2191 xalla Bursaspor qərarlaşıb. Ankaragücü 2176 xalla altıncı, Gençlerbirliği 2071 xalla yeddinci sıradadır.