#Prezident İlham Əliyev

Prezident İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonu Müstəqillik Günü münasibətilə təbrik edərək iki ölkə arasındakı əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib. Dövlət başçısı energetika, kənd təsərrüfatı və sənaye sahələrində böyük potensialın mövcudluğunu vurğulayıb, həmçinin Nyu-Yorkda baş tutan səmimi görüşün əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini bildirib. Məktubda Keniya xalqına sülh, rifah və Prezident Rutoya uğurlar arzulanır.

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident. Səmimi məktubunuza görə Sizə dərin təşəkkürümü bildirirəm. Xoş sözlərinizi, sülh və sabitlik naminə səylərimizə dair fikirlərinizi yüksək qiymətləndirirəm.

Hazırda tikilən “Ağıllı kənd” Slovakiyanın azad olunmuş ərazilərdə əldə etdiyi uğurun rəmzinə çevriləcək.Bunu Prezident İlham Əliyev Bratislavada Slovakiya Prezidenti Peter Pelleqrininin adından verilən rəsmi ziyafətdə deyib. Prezident İlham Əliyevin çıxışı : -Hörmətli cənab Prezident, əziz qonaqlar. İlk növbədə, cənab Prezident, Slovakiyaya rəsmi səfərə dəvət etdiyinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm. Qonaqpərvərliyinizə və dostluğunuza görə minnətdaram. Biz uzun müddətdir ki, bir-birimizi tanıyırıq, dəfələrlə görüşmüşük. Lakin bu, xüsusi statusa malik rəsmi səfərdir. Səfər böyük hörmətə və rəğbətə layiq, həqiqi dost olan ölkəyə həyata keçirilir. Ölkələrimiz kifayət qədər bir-birindən uzaqda yerləşsə də, Siz xalqlarımız arasında oxşarlığı qeyd etdiniz. Bu fikirlərinizə tam şərik çıxıram.