#Prezident İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar. Dövlətimizin başçısı, Birinci xanım və qızları burada “Qarabağ atları” heykəltəraşlıq kompleksi, həmçinin Babək kvartalında həyata keçirilən işlər ilə tanış olub, Palıd meydanı parkında ilk palıd ağaclarını əkib, “Zaman” meydanının və buradakı piyada körpüsünün açılışında iştirak ediblər.

Azərbaycan dünyada qədim neft ölkəsi kimi tanınır. 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Bakı dünyanın ən iri neft mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra neft ölkənin inkişafında mühüm rol oynadı. Həmin dövrlərdə ölkə hərbi təcavüzə məruz qalmış, müxtəlif xarakterli risklərlə üzləşmişdi. Ölkənin inkişafını təmin etmək məqsədilə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində milli neft strategiyası hazırlandı.