Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musara təbrik məktubu ünvanlayıb.
#Prezident İlham Əliyev
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirakına dair görüntülər paylaşılıb. Paylaşımda qeyd olunub: "Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında (19.02.2026)".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri fevralın 19-da başa çatıb
Xaricdə yaşayan bir neçə anti-azərbaycanlı ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib.
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Sülh Şurasının ilk iclası ilə bağlı paylaşım edilib. Paylaşımda deyilir: "Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası".
Böyük hərflərlə yazılmış “SÜLH” sözünün fonunda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri əl sıxırlar.
Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Fevralın 18-də dövlətimizin başçısı Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) icraçı direktoru Elliot Brandt və digər rəhbər heyəti ilə görüşüb.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadəyə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli Nəriman Həsənzadə! Sizi – müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini 95 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayırıq.
Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qambiya Respublikasının Prezidenti Adama Barrouya təbrik məktubu ünvanlayıb. Hörmətli cənab Prezident, Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.