Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə məktub ünvanlayıb. Hörmətli cənab Sədr, Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram. Sülh və harmoniyanın rəmzi, yeniliyin, ümidin, təbiətə minnətdarlıq hissinin təcəssümü olan bu qədim bayram bütün qayəsi ilə qarşılıqlı anlaşmanı, dostluğu və birliyi tərənnüm edir. Çin təqvimi ilə yeni ilin gəlişini qeyd edən Çuntsze bayramının xalqınıza xoş ovqat, firavanlıq və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
#Prezident İlham Əliyev
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Serbiya Respublikasına səfəri ilə bağlı görüntülər paylaşılıb. Paylaşımda deyilir: "Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri (15-16.02.2026)".
Belqrad. AzerVoice: Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri fevralın 16-da başa çatıb. AzerVoice xəbər verir ki, Prezident İlham Əliyevin rəsmi səfəri başa çatdıqdan sonra dövlət başçısının təyyarəsini Serbiyanın qırıcı təyyarələri müşayiət edib. Həmin görüntüləri təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri fevralın 16-da başa çatıb. Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola saldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qeyri-rəsmi səhər yeməyində iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya məktub ünvanlayıb.
AzerVoice xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib.
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında iki ölkənin gələcəklə bağlı planlarından danışıb.
AzerVoice xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında söyləyib.
Serbiya və Azərbaycan - iki dost ölkə daim bir-birinin yanındadır.