Sərəncama əsasən, Azərbaycanda dağ-mədən sənayesinin inkişafı, o cümlədən metal yataqlarının kəşfiyyatı, işlənməsi, hasilatı və emalı sahəsində xüsusi xidmətləri olan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:
#Prezident İlham Əliyev
Sərəncama əsasən, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və aidiyyəti qurumlarla birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Səməd Vurğunun 120 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib. Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədilə imzalanıb.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödəniləcəyi hallar müəyyənləşir.
“Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında” 187 nömrəli Konvensiyasının təsdiq edilməsi barədə” qanunu təsdiq edilib.
- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" və "Geoloji Kəşfiyyat Agentliyi" publik hüquqi şəxslərin, habelə Dövlət Geoloji İnformasiya Fondunun əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi";
"Regional Su Meliorasiya Xidməti” və “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” yenidən formalaşdırılacaq. Fərmana əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (bundan sonra – Agentlik) tabeliyində aşağıdakı qurumlar yenidən təşkil edilsin: “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxs Agentliyin tabeliyində “Regional Su Meliorasiya” Qapalı Səhmdar Cəmiyyətinə çevrilmə yolu ilə;
Azərbaycanda asbest və tərkibində asbest olan materialların istifadəsi qadağan ediləcək. Prezident İlham Əliyevin təsdiqlədiyi “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Qanuna edilən dəyişiklikdə əksini tapıb. Bu Qanun 2027-ci il iyulun 1-dən qüvvəyə minir.
Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil edilir.