Dövlət Komitəsinin sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dini sahədə həyata keçirilən genişmiqyaslı siyasət və təşəbbüslərin önəmini vurğulayaraq, məscid, kilsə, sinaqoqların bərpası, inşası da daxil olmaqla, dini ibadət yerlərinə dövlət tərəfindən daim dəstək göstərildiyini bildirib.
#Prezident İlham Əliyev
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu”nun təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Bu gün biz əminliklə deyə bilərik ki, Türk dünyası həqiqətən də bizim ailəmizdir
Azərbaycan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əsasda QHT-lər üçün tarix, mədəniyyət, ekologiya, iqlim siyasəti və digər sahələrdə ortaq qrant müsabiqələri elan etməyə, qarşılıqlı kommunikasiyanı gücləndirən layihələri dəstəkləməyə hazırdır.
Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədlərimizə böyük töhfə verə bilər.
“İnanıram ki, hazırda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları, açılacaq Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın inkişafında və möhkəmlənməsində mühüm rol oynayacaqdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Türk dövlətlərinin artan potensialı və qlobal müstəvidə gündən-günə güclənən mövqeyi daha iddialı məqsədlərin qarşıya qoyulmasını, birgə səylərin artırılmasını, bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsini, çevik mexanizmlərin yaradılmasını zəruri edir.
Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Vahid Əziz oğlu Cəfərov “Şərəf” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Sərəncama əsasən, tanınmış şair və ictimai xadim Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli və səmərəli fəaliyyətinə, mədəni həyatda göstərdiyi xidmətlərə görə yüksək dövlət mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib. İqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat verdilər.
Xaçmaz rayonunda 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və Ədliyyə Nazirliyinin regionda fəaliyyət göstərən əməkdaşları iştirak edib.