#Volodimir Zelenski

Prezident İlham Əliyevin "X" hesabında bununla bağlı paylaşım edilib. "Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin inkişafında müsbət dinamikadan məmnunluq ifadə edildi. Həmçinin Qəbələdə keçirilən görüşdə müzakirə olunan məsələlərin ikitərəfli gündəlik çərçivəsində həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı".

Ukrayna Prezidenti Volodimir Zelenski bir ay ərzində ikinci dəfə Səudiyyə Ərəbistanına rəsmi səfər edib. Zelenski ABŞ-da yerləşən "X" şirkətinin sosial media platformasındakı hesabından etdiyi açıqlamada, Səudiyyə Ərəbistanına "anlaşmaları inkişaf etdirmək" üçün gəldiyini duyurub. Avropalı liderlərlə dünən keçirdiyi görüşdə ölkəsi üçün "maliyyə zəmanətləri təmin etdiklərini" bildirən Zelenski, Səudiyyə Ərəbistanında Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə görüşəcəyini açıqlayıb.

Ukrayna Prezidenti beynəlxalq gündəmdə prioritetlərin dəyişməsi fonunda Vaşinqtona mühüm mesaj verib. Zelenski vurğulayıb ki, münaqişənin həlli təxirə salınmamalıdır və beynəlxalq dəstək davam etməlidir. Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması Ukraynaya nəzərdə tutulan bəzi silah tədarüklərinin gecikməsinə səbəb olub.

Volodimir Zelenski Aİ-nin daha güclü olması üçün yeni üzvlərin qəbulunu təklif edərkən Türkiyənin ittifaq üçün strateji əhəmiyyət daşıdığını ön plana çıxarıb. Zelenski çıxışında əlavə edib ki, Türkiyə ilə yanaşı Ukrayna, Norveç və Böyük Britaniya kimi dövlətlərin də ittifaqda təmsil olunması Aİ-ni daha təsirli geosiyasi gücə çevirə bilər.

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı aylarda ölkəsi üçün siyasi və diplomatik vəziyyətin mürəkkəbləşəcəyini bildirib.Məlumata əsasən, Ukrayna lideri daha əvvəl ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların keçirildiyini xatırladaraq bu prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, gərginliyin azalması halında yeni görüşlər aprel, may və ya iyun aylarında baş tuta bilər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib. İstanbuldakı Dolmabahçe İş Ofisində baş tutan görüşdən əvvəl yüksək səviyyəli qonaq üçün rəsmi qarşılanma mərasimi keçirilib. Rəsmi qarşılanma mərasiminin ardından hər iki lider təkbətək görüşə keçiblər. Görüş zamanı Ukraynadakı son vəziyyət, regional təhlükəsizlik məsələləri və iki ölkə arasındakı strateji əməkdaşlığın gələcək perspektivlərinin müzakirə edildiyi bildirilir. Görüşün yekununda liderlərin mətbuata birgə bəyanatla çıxış edəcəyi gözlənilir.