“Flamenqo” rəsmi saytında 28 yaşlı yarımmüdafiəçi Lukas Paketanın İngiltərənin “Vest Hem” klubundan transfer olunduğunu elan edib. Futbolçu ilə bağlanan müqavilə 2030-cu ilin sonunadək qüvvədə olacaq. Paketa “qırmızı-qaralar”ın heyətində 20 nömrəli forma ilə çıxış edəcək. Flamenqo” bu transfer üçün Braziliya futbolu tarixində rekord məbləğ sayılan 42 milyon avro ödəyib.