#Rusiya zəlzələ

Rusiyanın şərqində yerləşən Kamçatka Yarımadasında 7,4 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Tədqiqatlar Mərkəzindən (USGS) verilən açıqlamaya görə, zəlzələnin episentri yarımadadakı Petropavlovsk-Kamçatskiy şəhərinin 111 kilometr şərqində yerləşib. Açıqlamada bildirilib ki, zəlzələ 39,5 kilometr dərinlikdə qeydə alınıb və onun gücü 7,4 bal təşkil edib.

Rusiyanın Kamçatka yarımadasının sahillərində 6,8 bal gücündə zəlzələ baş verib. Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialının "Telegram" kanalında məlumat verilib.