Türkiyə Prezident Administrasiyasının Kommunikasiya rəhbəri Burhanəddin Duran STRATCOM Zirvəsi ilə bağlı sosial media hesabında paylaşım edib. Duran qeyd edib ki, Prezident Administrasiyasının Kommunikasiya idarəsinin əsas məqsədi strateji kommunikasiyanın imkanlarından istifadə edərək beynəlxalq əməkdaşlığı gücləndirmək və ortaq düşüncəni təşviq etməkdir.
#Türkiyə Prezident Administrasiyası
Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN ümumi dəyəri 166 milyon 450 min ABŞ dolları olan müqavilələr bağladığını açıqlayıb. Bundan əlavə, ASELSAN ölkə daxilində fəaliyyət göstərən bir platforma istehsalçısı ilə də yeni ixrac müqaviləsi bağlayıb. 54 milyon 600 min dollar dəyərində olan bu müqavilə çərçivəsində xarici istifadəçilərə elektro-optik sistemlərin tədarükü planlaşdırılır
Gənc MÜSİAD-ın beynəlxalq fəaliyyətləri çərçivəsində 1 noyabr 2025-ci il saat 10:00-da (qeydiyyat – 09:00) Bakının “Fairmont Baku” otelinin Nizami zalında Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025 təşkil olunacaq.
Türkiyədə meşə yanğınlarına qarşı mübarizə məqsədilə Risk İdarəetmə Qrupu yaradılıb.