Bursanın Harmancık bölgəsində baş verən meşə yanğınını törətməkdə şübhəli bilinən 30 yaşlı Ufuk Aytekin, "qəsdən yandırma" ittihamı ilə məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Yanğınlarla bağlı aparılan istintaq çərçivəsində saxlanılan Ufuk Aytekinin daha əvvəl FETÖ ilə əlaqəsinə görə haqqında hüquqi tədbirlər görülüb.
#Yanğınların iqlim dəyişikliyi ilə əlaqəsi
Yunanıstanda temperaturun 44 dərəcəyə qədər yüksəlməsi nəticəsində, o cümlədən Afina ətrafındakı yaşayış ərazilərində də daxil olmaqla, ölkə boyu bir çox yerdə meşə yanğınları başlayıb.
Qlobal bir araşdırmaya görə, dünya üzrə meşələr hər dəqiqə 18 futbol meydançası böyüklüyündə ərazidə yoxa çıxır. Bu itkilərin təxminən yarısı meşə yanğınlarından qaynaqlanır.