#İzmir meşə yanğınları

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb. Idarənin sosial media hesabında yayımlanan məlumatda qeyd olunub ki, bu günə qədər baş verən 4 min 980 yanğın ictimaiyyətin diqqətindən kənarda qalmasına baxmayaraq vaxtında nəzarət altına alınıb və böyümədən söndürülüb. Bununla belə, 20 yanğın nəzarətdən çıxaraq daha böyük ərazilərə ziyan vurub, can itkisi və şəhid xəbərləri ilə nəticələnib.

Türkiyədə yeni yanğın qeydə alınıb. Yanğın İstanbul şəhərinin Çatalca rayonunda baş verib. Hadisə yerinə yanğınsöndürmə və polis qüvvələri cəlb olunub.

Türkiyənin Çanakkale vilayətində yanğın qeydə alınıb. Yanğın Çanakkalenin Lapseki rayonuna bağlı Umurbey qəsəbəsində kənd təsərrüfatı sahəsində baş verib. Əsasən meyvə bağlarının yerləşdiyi sahədə alov, küləyin təsiri ilə sürətlə yayılıb.

Karabükün Safranbolu rayonuna yaxın Kahyalar qəsəbəsində, eləcə də Uşakın Banaz bölgəsindəki Millipark ərazisində başlayan yanğınlar da daxil olmaqla, 4 vilayətdə 5 yanğın tam nəzarət altına alınıb. Ümumilikdə son 24 saat ərzində qeydə alınan 55 yanğının hamısı söndürülüb. Hazırda soyutma işləri davam etdirilir