#Avropa

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib. Tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

Müasir dünyanın paradoksu ondadır ki, insanlığın ən qədim və eyni zamanda ən müasir problemlərindən biri olan yoxsulluğa qarşı qlobal mübarizə XXI əsrdə Asiya ölkələrinin bayrağı altında aparılır. Nə sosial dövlət sistemi ilə Avropa, nə də liberal yenidənpaylanma modeli ilə ABŞ, məhz Çin dövlət nəzarətini, bazar enerjisini və mədəni intizamı birləşdirən, institusional cəhətdən tam formalaşmış ilk yoxsulluqla mübarizə strategiyasını ortaya qoydu.

Son dövrlərdə Fransada qəbul edilən qanunvericiliyə dəyişikliklər bu ölkənin təhlükəsizlik və xarici hərbi iştirak strategiyasında keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Xüsusilə “etibarlı operatorlar” anlayışının hüquqi dövriyyəyə daxil edilməsi faktiki olaraq Fransada özəl hərbi şirkətlərin fəaliyyətinin leqallaşdırılması kimi qiymətləndirilə bilər.

Avropanın ən böyük avtomobil istehsalçısı olan Volkswagen, Almaniyanın Drezden şəhərində yerləşən zavodunda avtomobil istehsalını rəsmi olaraq dayandırıb. Çərşənbə axşamı etibarilə istehsal xətlərinin bağlanması ilə şirkət 88 illik tarixində ilk dəfə Almaniya ərazisində yerləşən bir müəssisəsində istehsalı tamamilə dayandırmış oldu.

Avropada müasir əmək mühiti işçilərin psixoloji sağlamlığına ciddi təsir göstərir və ekspertlər problemin həlli üçün uzunmüddətli, sistemli strategiyanın zəruri olduğunu bildirirlər. Avropa İş Sağlamlığı və Təhlükəsizliyi Agentliyinin (EU-OSHA) bu il açıqladığı sorğu nəticələrinə görə, 30 ölkədə işçilərin yarısı özünü həddindən artıq iş yükü altında hiss edir.

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini Rusiyaya məxsus dondurulmuş aktivlərlə bağlı qərar verməyə çağırıb. Ukrayna liderinin sözlərinə görə, hava hücumundan müdafiə sistemləri üçün kifayət qədər raket təmin etmək məqsədilə hər gün fasiləsiz şəkildə işləmək lazımdır.