İslamın ilk xəlifəsi və mömünlərin əmiri Əbu Bəkr Fil hadisəsindən təxminən üç il sonra Məkkədə doğulmuşdur. Anası Ümmül-Xeyr Səlma bint Səxr, Məkkə dövründə Hz. Peyğəmbərin Ərkam b. Əbül-Ərkamın evində (Darül-Ərkam) olduğu sırada İslamı qəbul etmişdir. Atası Əbu Quhafə isə Məkkənin fəthindən (hicrətin 8-ci ili / miladi 630) dərhal sonra oğlu Əbu Bəkrin vasitəçiliyi ilə müsəlman olmuşdur. Anasının və atasının mənsub olduğu Teym qəbiləsinin soyu Mürrə b. Kəbdə Hz. Peyğəmbərin nəsəbi ilə birləşir.
#səhabədən sonra alimlərə dua
Səhabələrin dəqiq sayı haqqında qəti bir rəqəm söyləmək tarixən mümkün olmamışdır. Bunun əsas səbəbi İslamın geniş bir coğrafiyaya sürətlə yayılması və səhabələrin müxtəlif bölgələrə dağılmasıdır. Lakin öndə gələn hədis alimlərinin bu barədə mühüm təxminləri mövcuddur.
Mədinə dövründə Bilal Həbəşi ilə birlikdə Peyğəmbərin müəzzini olmuşdur. Bilal sübh azanını erkən, İbn Ümmü Məktum isə fəcr doğduqdan sonra oxuyardı. Qüsuru səbəbilə ona it saxlamağa icazə verilmişdir.
Alimlər səhabələrin tərcümeyi-halını, onların Hz. Məhəmməd (s.ə.s) ilə olan münasibətlərini və İslam uğrundakı xidmətlərini qeydə almağa xüsusi əhəmiyyət vermişlər.
Ömər bin Əbdüləzizin xilafətinə qədərki Əməvilər dövründə cümə xütbələrində bəzi səhabələrə qarşı təhqiramiz ifadələr işlədildiyi məlumdur. Ancaq Ömər bin Əbdüləziz bu praktikaya son qoymuş, həmin ifadələri "tərraddî" (yəni "radıyallahu anh" – Allah ondan razı olsun) şəklində duaya çevirmişdir.