#Suriya-Azərbaycan təbii qaz layihəsi

Sabah 2 avqustdan etibarən Azərbaycanın Türkiyə üzərindən “swap” mexanizmi vasitəsilə Suriyaya təbii qaz ixracına başlaması təkcə iqtisadi layihə deyil, həm də regional sabitlik və enerji diplomatiyası baxımından strateji əhəmiyyətə malik hadisədir. Rzayev qeyd edib ki, bu proses enerji bazarında Azərbaycanın mövqelərini gücləndirməklə yanaşı, Cənubi Qafqaz və Yaxın Şərq arasında yeni əməkdaşlıq platformasının formalaşmasına səbəb olacaq.

Azərbaycanın təbii qazı 2 avqustdan etibarən Türkiyə üzərindən Suriyaya nəql olunacaq. Layihə Azərbaycanla “swap” mexanizmi çərçivəsində həyata keçirilir. Qaz xəttinin Türkiyə ərazisində inşası tamamlanıb, Suriya tərəfi isə qəbul infrastrukturlarını hazır vəziyyətə gətirib. Maliyyələşdirmə Qətər tərəfindən təmin olunub. Gündəlik 6 milyon kub metr qaz təchizatı Suriyada 1200 MVt elektrik enerjisi istehsalına imkan yaradacaq, əlavə 500 MVt-lıq elektrik ixracı ilə ölkədə enerji təminatı gündəlik 10 saata qədər artırılacaq.