Suriya Prezidenti Əhməd əş-Şara gələn həftənin çərşənbə akşamı rəsmi danışıqlar aparmaq üçün Berlinə yollanacaq. Almaniya Prezidentinin Ofisi suriyalı liderin həmkarı Frank-Valter Ştaynmaer ilə görüşəcəyini təsdiqləyib. Almaniya hökuməti bu səfər çərçivəsində suriyalı qaçqınların geri qaytarılması prosesini sürətləndirməyi planlaşdırır. Kansler Fridrix Mersin rəhbərlik etdiyi koalisiya hökuməti üçün bu məsələ hazırda əsas prioritetlərdən biri hesab olunur. Qeyd edək ki, Almaniyada təxminən bir milyona yaxın suriyalı qaçqın yaşayır və kansler Mers artıq mühacirlərin sığınacaq axtarması üçün heç bir səbəbin qalmadığını bəyan edib.
#Əhməd Əl-Şəraa Bakıda
Suriya Prezidenti Əhməd əş-Şəraa Hələbin Bəşşar Әsəd rejimindən azad edilməsinin birinci ildönümü münasibətilə şəhərdə keçirilən tədbirlərdə iştirak edib. Hələb 2011-ci ildə rejimə qarşı ayağa qalxan ilk Suriya şəhəri olmuşdu və ardınca digər bölgələr də etirazlara qoşulmuşdu. Bir il əvvəl — 29 noyabrda — Şəraa rəhbərliyindəki ittifaq qüvvələri Hələbi nəzarətə götürərək Suriyanın ikinci böyük şəhərində tam hakimiyyət qurmuşdu.
BMT Təhlükəsizlik Şurası Suriya Prezidenti Əhməd əş-Şəraaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Məlumata görə, o, bazar ertəsi günü Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək.
Bu səfər, xüsusilə keçmiş illərdə Suriya ilə Azərbaycan arasındakı siyasi gərginliklər səbəbilə donmuş vəziyyətdə olan ikitərəfli münasibətlər üçün strateji dönüş nöqtəsi hesab olunur.