#Türk dünyası

Bu gün Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev ilə Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyor Saidov arasında telefon danışığı baş tutub. Danışıq zamanı tərəflər Qırğızıstan–Özbəkistan əməkdaşlığının aktual məsələlərini müzakirə edərək, beynəlxalq nəqliyyat dəhlizlərinin daha da inkişaf etdirilməsinə, eləcə də Qırğızıstan–Özbəkistan dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinin buraxılış qabiliyyətinin optimallaşdırılmasına yönəlmiş tədbirlərə xüsusi diqqət ayırıblar.

Fondun aparıcı təşəbbüslərindən biri olan TurkDiscovery platforması bu dəfə “Əbədiyyətin nişanələri – Türk dünyası rəmzlərdə” adlı yeni sənədli seriya üzərində işləyir. Layihə türk dünyasının maddi və mənəvi irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədini daşıyır. Yeni sənədli seriyada petroqliflər, damğalar, zoomorf abidələr, dağ balbalları və runik əlifbalar kimi qədim irs nümunələri vizual formada təqdim olunacaq. Layihə vasitəsilə türk xalqlarının ortaq tarixi yaddaşı, mədəni kökləri və nəsillərarası bağlılığı tamaşaçıya çatdırılacaq.

İclasda TDT Baş katibinin müavini Ömer Kocaman, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov, Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi və Özbəkistan Prezident Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin direktoru Kobuljon Axmedov, həmçinin Təşkilatın müşahidəçi üzvü Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu iştirak edir.

Ötən gün Bakı TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylik forumuna ev sahibliyi edib. Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrin QHT-lərinin Platforması təsis ediləcək, "WUF13-ə doğru - Türk dünyasında ilk" mövzusunda panel müzakirə keçiriləcək.

Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin (TÜRKSAI) yaradılması ilə bağlı keçirilmiş toplantıda iştirak etmək məqsədilə İstanbul şəhərinə səfər edib. Toplantının açılışında çıxış edən Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Metin Yenər türk dünyasının artan siyasi və iqtisadi nüfuzunun ali audit orqanlarının məsuliyyətini daha da artırdığını, eləcə də ortaq auditlərin əhəmiyyətini vurğulayıb. Metin Yenər ortaq keçmişə, köklərə və dəyərlərə malik ölkələrin audit orqanları arasında əməkdaşlığın yeni yaradılan Birlik çərçivəsində daha da güclənəcəyinə inamını bildirib.

Naxçıvan Sazişi və “Türk Dünyası Vizyonu – 2040” dövlətləri ortaq məqsədlər ətrafında birləşdirir və bu çərçivədə hüquqi əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu sözləri Türkiyənin ədliyyə naziri Yılmaz Tunç, Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ədliyyə Nazirləri 2-ci Toplantısında çıxış edərək, hüquq və ədliyyə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinin önəmini vurğulayıb.

18 noyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada keçirilən tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Fondun prezidenti Aktotı xanım Raimkulova Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, ötən 15 il ərzində Akademiya Türk dünyasının tarixi, dili, mədəniyyəti və mənəvi irsinin araşdırılmasını prioritetə çevirərək, bu sahədə aparıcı elmi mərkəzlərdən birinə çevrilmişdir.