#Haluk Bayraktar

Türkiyənin gəmidə yerləşən silahlı insansız hava aparatı (PUA) Bayraktar TB3, NATO-nun Steadfast Dart 2026 təlimi çərçivəsində Eurofighter Typhoon döyüş təyyarələri ilə birgə uçuş icra edib. Təlim zamanı TCG ANADOLU gəmisindən havalanan Bayraktar TB3, NATO hava qüvvələrinin intensiv fəaliyyət göstərdiyi Baltik bölgəsində koordinasiyalı uçuş qabiliyyətini nümayiş etdirdi.

Yaponiyanın müdafiə naziri Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Baykar şirkətində olub. Baykarın sosial media hesabında yayılan açıqlamada “Yaponiyanın müdafiə naziri cənab Nakatani Gen və onu müşayiət edən nümayəndə heyəti Özdemir Bayraktar Milli Texnologiya Mərkəzimizi ziyarət etdi. Onları qonaq etməkdən məmnun olduq” - deyə bildirilib. Səfər zamanı Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və şirkətin baş direktoru Haluk Bayraktar qonaqlara şirkətin fəaliyyəti barədə məlumat təqdim ediblər. Görüşdə Prezident Müdafiə Sənayesi Müdiri Haluk Görgün də iştirak edib.

“Bu gün Xorvatiya Müdafiə Nazirliyinin dəyərli nümayəndələri və Xorvatiya səfirimizlə birlikdə Xorvatiyanın ORQA şirkəti ilə onlar tərəfindən hazırlanmış FPV Dronlarının Bayraktar TB2 platformamıza inteqrasiyası üçün müqavilə imzaladıq. Ümid edirəm ki, bu saziş iki ölkə üçün də faydalı olacaq”,- deyə Görgün bildirib.