ABŞ hökuməti İranda davam edən etirazlar və təhlükəsizlik risklərinin artması fonunda ölkədə olan ABŞ vətəndaşlarına təcili xəbərdarlıq edib. Məlumatda qeyd olunur ki, təhlükəsizlik şəraiti imkan verdiyi halda, ABŞ vətəndaşları quru yolu ilə Türkiyə və ya Ermənistan ərazisinə keçməyi nəzərdən keçirməlidirlər. Bildirişdə Türkiyə ilə sərhəddə yerləşən Gürbulak, Kapıköy və Esendere gömrük-keçid məntəqələrinin açıq olduğu xüsusi vurğulanıb.
#İranda rejim dəyişikliyi planı
Netanyahu əlavə edib ki, İranda baş verənlər “sürətli və dramatik” xarakter daşıyır və bu hadisələr “iranlıların taleyini öz əllərinə aldıqları həlledici məqam” ola bilər. Məlumat üçün bildirək ki, i, İranda etirazlar ötən bazar günü mağaza sahiblərinin iqtisadi vəziyyətə etiraz olaraq iş dayandırması ilə başlayıb. Sonradan aksiyalar genişlənərək daha çox şəhəri əhatə edib və iştirakçıların irəli sürdüyü tələblər siyasi məzmun alıb.
İranın son şahı Məhəmmədrza Pəhləvi və son şahbanusu Fərəh Pəhləvinin böyük oğlu olan Reza Pəhləvi 30 oktyabr 1960-ci ildə doğulub