#Diasporla İş üzrə Dövlət Komitəsi

Azərbaycan Mədəniyyət Elçilərinin l Forumunda iştirak edən pianoçu Səidə Zülfüqarovaya və Zalsburq Azərbaycan Evinin rəhbəri, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizova diaspor fəaliyyətinə görə təltif olunduqları “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalları, bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas, Almaniya "Bridge of Sound" orkestrinin bədii rəhbəri Xədicə Zeynalova isə təşəkkürnamə təqdim edilib.

Azərbaycanın Rusiyanın Yekaterinburq şəhərindəki diasporunun rəhbəri Şahin Şıxlinski Rusiyanın Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. Məlumata əsasən, Şıxlinski cinayət işi üzrə axtarışdadır. Lakin onun Rusiya Cinayət Məcəlləsinin konkret hansı maddəsi üzrə axtarışa verildiyi açıqlanmır.

İsveçrə parlamentinin keçirməyi planlaşdırdığı sülh forumu birtərəflidir. Orada etnik mənsubiyyətinə görə evlərindən qovulan və qaçqın həyatı yaşamağa məcbur olan bir milyona yaxın azərbaycanlının acınacaqlı vəziyyəti, habelə otuz illik erməni işğalı zamanı dağıdılan, xarabalığa çevrilən Azərbaycan məscidləri və digər mədəni irs obyektləri müzakirə edilmir. Forumda yalnız erməni mədəni irsinə dəymiş ziyandan və erməni köçkünlərinin vəziyyətindən bəhs edilir.