#İŞİD terror təşkilatı

İstanbulda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib. Hücum həyata keçirmək üçün partlayıcı maddə əldə etdikləri müəyyən edilən 14 şübhəli saxlanılıb. İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları İŞİD terror təşkilatının fəaliyyətlərinin qarşısını almaq və həmin fəaliyyətləri ifşa etmək istiqamətində işlərini davam etdirir. Aparılan araşdırmalar zamanı terror təşkilatı adından hücum planlamaq üçün partlayıcı əldə edən, həmçinin münaqişə bölgələri ilə əlaqəli fəaliyyət göstərən şübhəlilərin kimlikləri və ünvanları müəyyən edilib.

İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı, təşkilatın aktual təbliğat fəaliyyətlərini həyata keçirən və təşkilati ünsiyyət üçün istifadə edilən tətbiqlərdən istifadə etdiyi iddia olunan 21 şübhəli saxlanılıb. İstanbulda İŞİD silahlı terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 21 şübhəli saxlanılıb. Şübhəlilərin evlərində aparılan axtarışlarda təşkilatın bayrağı və çox sayda rəqəmsal material tapılıb.

Suriyada milli birliyin təmin olunması təkcə ölkə daxilində deyil, bütün Yaxın Şərqdə sülh və sabitliyin bərqərar olması üçün əsas şərtdir.Dəməşq bu istiqamətdə mühüm addımlar atsa da, iqtisadi baxımdan geniş beynəlxalq dəstək və effektiv siyasi vasitəçilik hələ də zəruridir. Xüsusilə, mərkəzi hökumət və yerli idarələr arasında səlahiyyət bölgüsünə dair İraq təcrübəsindən bəhrələnmək vacib sayılır.

Suriya Daxili İşlər Nazirliyi bildirib ki, Dəməşq əyalətinin şimal bölgələrindən birində fəaliyyət göstərən “İŞİD”-ə mənsub terrorçu hüceyrə məhv edilib. Əməliyyat ümumi təhlükəsizlik idarəsi tərəfindən əyalətin daxili təhlükəsizlik qüvvələrinin komandanlığı ilə əməkdaşlıqda həyata keçirilib. Nəticədə, bir terrorçu saxlanılıb, iki nəfər isə zərərsizləşdirilib, həmçinin silah və sursat anbarı ələ keçirilib.

İstanbul Baş Prokurorluğunun rəhbərliyi ilə İŞİD terror təşkilatına qarşı həyata keçirilən əməliyyat nəticəsində 13 nəfər saxlanılıb. Baş Prokurorluq tərəfindən aparılan istintaq çərçivəsində 15 şübhəlinin terror təşkilatı ilə əlaqəli olduqları və xarici münaqişə bölgələri ilə irtibatlarının olduğu müəyyən edilib.

Küveyt Daxili İşlər Nazirliyi ölkədə məscidlər və ibadət yerlərinə yönəlmiş partlayıcı-təxribat əməliyyatı hazırlayan bir əcnəbi mənşəli sakin (müvəqqəti yaşayan) saxlandığını açıqlayıb. Nazirliyin bazar ertəsi gecə yaydığı bəyanatda bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti qabaqlayıcı əməliyyat çərçivəsində planı ifşa edib. «Ölkənin təhlükəsizliyini qorumaq və sabitliyini təmin etmək məqsədilə aparılan intensiv qabaqlayıcı tədbirlər nəticəsində Dövlət Təhlükəsizliyi Xidməti dini məkanlara hücum etmək niyyətində olan qadağan olunmuş təşkilata mənsub əcnəbi mənşəli bir sakini həbs edə bilib. Araşdırmalar zamanı onun partlayıcı qurğular hazırlamaq üçün istifadə olunan bir sıra texniki avadanlıq və materiallar, eləcə də onların hazırlanma və istifadə üsulları yaşayış yerində aşkar edilib» -nazirliyin bəyanatında deyilir.

Türkiyə jandarması tərəfindən son iki həftə ərzində keçirilən genişmiqyaslı antiterror əməliyyatlarında İŞİD terror təşkilatına üzv olmaqda, maliyyələşdirməkdə və təbliğat aparmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından paylaşım edib.

Türkiyənin Qaziantep vilayətində Əl-Qaidə və İŞİD terror təşkilatlarının təbliğatını aparmaq və İŞİD-ə üzv olmaq ittihamı ilə saxlanılan 10 şübhəlidən 7-si həbs edilib. Bu barədə Qaziantep Valiliyi məlumat yayıb. Məlumata görə, Təhlükəsizlik Müdirliyinin Terrorla Mübarizə Şöbəsi əməkdaşları Baş Prokurorluqla koordinasiyalı şəkildə şəhərdə müəyyən edilən ünvanlara əməliyyat keçirib. Əməliyyat nəticəsində 10 nəfər saxlanılıb.

İstanbul Başprokurorluğunun rəhbərliyi ilə həyata keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD silahlı terror təşkilatı ilə əlaqəli 19 nəfər saxlanılıb. Eyni zamanda, İŞİD tərəfdarları ilə əlaqədə olan, təşkilata dəstək xarakterli sosial media paylaşımları edən, təbliğat fəaliyyətlərində iştirak edən və gizli rabitə tətbiqlərindən istifadə etdiyi müəyyən edilən 9 nəfər də aşkarlanıb.