#Əli Yerlikaya

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycandan Türkiyəyə yola düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması ilə əlaqədar qardaş ölkənin daxili işlər naziri Əli Yerlikayaya zəng edib.

Qonşu ölkələrdən Suriyaya qayıdan qaçqınların sayı 1 milyon 290 min nəfərə çatıb. Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Suriyaya könüllü geri dönüşlərlə bağlı sosial media hesabında etdiyi paylaşımında bildirib. Nazir bildirib ki, 8 dekabr 2024-dən bu günə qədər isə 550 min suriyalı öz ölkəsinə qayıdıb. Nazir həmçinin qeyd edib ki, Suriya daxilində 8 dekabr 2024-dən sonra yaşanan siyasi dəyişikliklər geri dönüşləri sürətləndirib. Nazir Türkiyənin qaçqınlara dəstəyini xatırladaraq “zülm, aclıq və müharibə şəraitində qalan insanlara heç vaxt arxa çevirmədik, onların səsini eşitməməzlikdən gəlmədik. Həmişə haqqın və məzlumun yanında olduq.”- deyib.

Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 4,6 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, saat 10:10-da baş verən yeraltı təkanların dərinliyi 6,22 kilometr olub. Son günlər bölgədə bir neçə dəfə zəlzələlər baş verdiyi üçün Sındırgı hələ də silkələnməyə davam edir.