Energetika naziri Pərviz Şahbazovla İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
#Energetika Nazirliyi
Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2025-ci il üzrə icrasına dair illik hesabat layihəsinin müzakirəsi məqsədilə “Yaşıl enerji məkanı” İşçi qrupunun hibrid formada növbəti iclası keçirilib.
Azərbaycan, Qazaxıstan və Özbəkistan energetika nazirlərinin müavinləri, Birgə Müəssisə, "CESI S.p.A" şirkəti, Asiya İnkişaf Bankı (AİB) və üç ölkənin elektrik enerjisi şirkətlərinin iştirakı ilə "Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının hazırlanmasına dair ilk onlayn iclas keçirilib.
Energetika Nazirliyində Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqinə dair İşçi Qrupun və “DNV Energy Systems Germany GmbH” şirkətinin nümayəndələrinin iştirakı ilə iclas keçirilib.
Azərbaycanın Ukraynaya humanitar yardım üçün elektrik avadanlıqlarından ibarət növbəti yükü Sumqayıtdan göndərilib.
Energetika naziri Pərviz Şahbazov 06 fevral tarixində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul saat 11:00-dan başlayaraq Quba rayon Heydər Əliyev Mərkəzində (ünvan: AZ4000, Quba şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı) keçiriləcək.
Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb. Görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektdən gələn tələbat, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib.
Energetika naziri Pərviz Şahbazov Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda vətəndaşların elektrik enerjisi və təbii qaz təchizatı, elektrik təsərrüfatının yenilənməsi, qaz xətlərinin istismar vəziyyəti, qazdan istifadəyə görə borcun yaranması, elektrik enerjisinin keyfiyyəti, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib.
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.
2025-ci ildə Energetika Nazirliyi tərəfindən 157 icazə verilib. İxrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı üzrə 97, ixracı üzrə 36, tranziti üzrə 22, mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə isə 2 icazə verilib. Bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.
Energetika naziri Pərviz Şahbazov Bakı və Sumqayıt şəhərlərindən olan vətəndaşları qəbul edib. Nazirlikdə təşkil olunmuş qəbul zamanı elektrik xətlərinin kabelləşdirilməsi, sayğacların quraşdırılması, enerji sərfiyyatı üzrə borcun yaranması, mənzilin təbii qaz təchizatı və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.