Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Siyasət
    Siyasət

    Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib

    19 Fevral 2026 12:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice,

    Energetika Nazirliyində “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 5 dekabr tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

    AzerVoice xəbər verir ki, energetika nazirinin müavini Elnur Soltanov bərpa olunan enerji ilə bağlı uğurla icra edilmiş layihələri qeyd edib, “yaşıl” enerjinin ölkəmizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və ixrac potensialının artırılmasında rolunu vurğulayıb. Bildirilib ki, son illər bu sahədə özəl investisiya cəlbi istiqamətində mühüm addımlar atılıb, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq genişləndirilib və nəticədə bir sıra iri həcmli layihələr uğurla reallaşdırılıb.

    İclas zamanı Komissiyanın Katibliyi tərəfindən 2025-ci il ərzində bərpa olunan enerji layihələri ilə bağlı görülmüş işlər və gələcək planlara dair təqdimat edilib. İstismara verilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası və 230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyası kimi strateji əhəmiyyətli layihələrin ölkənin enerji balansında bərpa olunan mənbələrin payının artmasında əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Bununla yanaşı, “yaşıl” enerji dəhlizləri və “yaşıl” enerji zonaları istiqamətlərində həyata keçirilən tədbirlər, işlərin gedişatı və gələcək perspektivlərə dair məruzələr dinlənilib. Qeyd olunub ki, həyata keçirilən layihələr ölkəyə əlavə investisiyaların cəlb olunmasına, yeni iş yerlərinin yaradılmasına və regionların dayanıqlı inkişafına mühüm töhfə verir.

    “Azərenerji” ASC-nin İdarə heyətinin sədr müavini Rüstəm Qasımov bərpa olunan enerji layihələri üzrə elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması ilə bağlı cari vəziyyət haqqında məlumat verib, şəbəkə infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
    Sonda növbəti iclasa qədər qarşıya qoyulan tapşırıqlara dair qərarlar qəbul edilib.

    İclasda Energetika, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, Mərkəzi Bank, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Gömrük Komitəsi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak ediblər.

    Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib
    Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib
    Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib
    #Energetika Nazirliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb

    17 İyul 2026 18:24

    İstanbulda “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin növbəti iclası keçirilib

    22 May 2026 19:16

    Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

    17 Aprel 2026 15:40

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

    17 Aprel 2026 13:36

    Atom enerjisi Azərbaycanın enerji balansında yer alacaq - Pərviz Şahbazov

    17 Aprel 2026 12:38

    Azərbaycan həmişə balanslı neft qiymətlərinin təmin olunması konsepsiyasının tərəfdarı olub – Pərviz Şahbazov

    17 Aprel 2026 12:10

    Energetika naziri Ağsuda vətəndaşları qəbul edib

    19 Mart 2026 15:32

    Azərbaycan və Belçika arasında bərpa olunan enerji sahəsində əməkdaşlıq müzakirə edilib

    13 Mart 2026 16:49

    Energetika Nazirliyində vətəndaşların növbəti qəbulu keçirilib

    10 Mart 2026 18:34

    Energetika Nazirliyində Xocalı faciəsinin 34-cü ildönümü anılıb

    25 Fevral 2026 15:31

    Pərviz Şahbazov İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

    24 Fevral 2026 14:08
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.