HƏMAS hərəkatı hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində 20 israilli girovu azad edəcəyini açıqlayıb. Hərəkatın yazılı bəyanatında, vasitəçi ölkələrin İsraili atəşkəs razılaşmasına riayət etməyə məcbur etməsinin vacibliyinə diqqət çəkilərək, girovların azad olunması addımı təsdiqlənib. Bəyanata görə, Qəssam Briqadaları Qəzzədə atəşkəs və girov mübadiləsi razılaşmasının birinci mərhələsi çərçivəsində əlində saxladığı 20 israilli girovu azad edəcək.
#Girov məsələsi
Bu gün İsraildə tələbələr küçələrə çıxaraq girovların azad edilməsini və Qəzza zolağında sülh sazişinin imzalanmasını tələb ediblər. Yüzlərlə tələbə ölkənin şimalında yol ayrıcını bağlayaraq İsrail ilə HƏMAS arasında razılaşma əldə olunmasını və Qəzzada saxlanılan girovların azad edilməsini tələb edib. Məlumata əsasən, bəzi tələbələr “Girovlar olmadan təhsil yoxdur” yazılmış plakatlar qaldırıblar.
HƏMAS Qəzza zolağında saxladığı israilli girovların yarısını müəyyən sayda fələstinli məhbusla mübadilə etməyə razılaşıb. Məlumata görə, mübadilə 60 günlük atəşkəs çərçivəsində həyata keçirilməlidir. Təklif həmçinin İsrail ordusunun Qəzzanın dərinliyindən geri çəkilməsini nəzərdə tutur ki, humanitar yardım anklava maneəsiz daxil ola bilsin.
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı girovların azad olunması məsələsinə dair açıqlama verib.
İsrail parlamenti – Knesset, cümə axşamı səhəri keçirilən səsvermədə özünü buraxmaq əleyhinə qərar verdi. Qərar, hökumət koalisiyası daxilindəki hərbi çağırışla bağlı yaranan fikir ayrılığı üzrə razılaşmadan sonra verilib.