#Eskişehir

Eskişehir Böyükşəhər Bələdiyyəsi Su və Kanalizasiya İdarəsi (ESKİ) elektrik naqili alımı ilə bağlı tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Adı çəkilən məhsul tenderin nəticələri açıqlandıqdan sonra 60 gün ərzində təhvil alınacaq.

Türkiyənin Balıkesir vilayətində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. u barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb.

Türkiyədə Balıkesirdə baş verən 6,1 bal gücündə zəlzələ bölgədə ciddi narahatlığa səbəb olub. Zəlzələ nəticəsində 1 nəfər həyatını itirib, 29 nəfər yaralanıb, İndiyədək 10-u 4 baldan yuxarı olmaqla 237 artçı zəlzələ baş verib. AFAD-ın məlumatına görə, əsas zəlzələ 11 avqust saat 19:53-də (Bakı vaxtı ilə saat 20:53-də) qeydə alınıb, 11 km dərinlikdə baş verib. İlk ardıcıl sarsıntı isə cəmi 4 dəqiqə sonra – saat 19:57-də (3,7 bal gücündə) qeydə alınıb.