İsrail hökumətinə yaxın mənbələr Qəzza ilə bağlı yeni və mübahisəli planların gündəmdə olduğunu göstərən məlumatlar yayıb. İsrailin baş naziri Benyamin Netanyahunun beynəlxalq məsələlər üzrə müşaviri Karolin Qlikin Qəzza sakinlərinin başqa ölkələrə köçürülməsi ilə bağlı təşəbbüslər irəli sürdüyü iddia olunur.
#Benyamin Netanyahu siyasəti
İsrailin Baş naziri Benyamin Netanyahu beynəlxalq ictimaiyyətdə ciddi narazılıq doğuran çıxışında mənəvi dəyərləri kənara qoyaraq "güclü olan sağ qalır" fəlsəfəsini açıq şəkildə müdafiə edib. O, öz siyasətinə bəraət qazandırmaq üçün tarixdəki qanlı imperiyaların və amansız gücün ədalətdən daha üstün olduğunu iddia edib.
İsraildə Baş Nazir Benyamin Netanyahu barəsində korrupsiya ittihamları ilə açılmış məhkəmə işlərinin müddətsiz təxirə salınmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə, koalisiya üzvü deputat Limor Son Har-Melech tərəfindən təqdim olunub və baş prokurorluq tərəfindən “konstitusiyaya zidd” hesab edilib. Müxalifət layihənin ikili ədalət sisteminə yol açacağını bildirərək, Baş Nazirə xüsusi imtiyaz verilməsinin əleyhinə çıxıb. Sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir isə layihənin seçilmişləri siyasi təzyiqdən qoruyacağını bildirib.
HƏMASın qərarları hansı şəraitdə qəbul etdiyi sualı, xüsusən əsir mübadiləsi və atəşkəs üçün aparılan danışıqlar başlayandan bəri, son bir ildən çoxdur gündəmdədir.