#Tramp və Ərdoğan münasibətləri

ABŞ-ın Ankara Böyükelçisi və Suriya üzrə Xüsusi Nümayəndəsi Tom Barak ABŞ Prezidenti Donald Tramp ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı müsbət münasibətlərin F-35 döyüş təyyarələrinin tədarükü üzrə ən məhsuldar danışıqlara imkan yaratdığını bildirib. Barak ABŞ mərkəzli X sosial media platformasında paylaşım edərək, Türkiyə ilə F-35 proqramına yenidən qoşulma və Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sisteminin saxlanılması mövzusunda müzakirələrin davam etdiyini qeyd edib.