İsraildə Baş Nazir Benyamin Netanyahu barəsində korrupsiya ittihamları ilə açılmış məhkəmə işlərinin müddətsiz təxirə salınmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə, koalisiya üzvü deputat Limor Son Har-Melech tərəfindən təqdim olunub və baş prokurorluq tərəfindən “konstitusiyaya zidd” hesab edilib. Müxalifət layihənin ikili ədalət sisteminə yol açacağını bildirərək, Baş Nazirə xüsusi imtiyaz verilməsinin əleyhinə çıxıb. Sağçı Milli Təhlükəsizlik Naziri Itamar Ben-Gvir isə layihənin seçilmişləri siyasi təzyiqdən qoruyacağını bildirib.
#Netanyahunun regional siyasəti
ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof şənbə günü Tel-Əvivdəki “Girovların meydanında” keçirilən izdihamlı tədbirdə çıxış edərək ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəsin təmin olunmasındakı səylərini yüksək qiymətləndirib. Tədbirdə yüz minlərlə insan iştirak edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsrail Baş naziri Benyamin Netanyahu, korrupsiya istintaqları səbəbilə sıxışdığı üçün hakimiyyətini qorumaq naminə regionu və dünyanı alova sürükləyir. Ərdoğan bu fikirləri Prezident Administrasiyasında keçirilən Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada səsləndirib. “Torpaqlarını, azadlıqlarını və şərəflərini qoruyan Fələstin xalqının yanında qəti şəkildə dayanırıq”, – deyə Ərdoğan vurğulayıb.
İsrailin baş naziri Benyamin Netanyahu, Patrick Bet-David-in podkastında çıxış edərək 1915-1917-ci illərdə Osmanlı İmperiyası tərəfindən ermənilərə qarşı törədilən qırğınları şəxsən soyqırım kimi tanıdığını elan edib. Etnik erməni olan Bet-David, Holokostun dünya miqyasında tanınması kontekstində İsrailin Erməni Soyqırımını niyə rəsmi olaraq tanımadığını soruşub. Netanyahu, “Mən artıq tanıdım,” deyərək cavab verib, lakin bu bəyanatın İsrailin rəsmi siyasətini əks etdirmədiyi qeyd olunub. O, əvvəlcə Knessetin bu barədə qətnamə qəbul etdiyini iddia etsə də, belə bir qanun qəbul edilməyib.
Netanyahu əvvəllər HƏMAS-ı razılaşmalardan yayınmaqda günahlandırırdı. İndi isə, HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə təqdim edilən təklifi qəbul etdikdən sonra, niyə Netanayhu Qəzzanı işğal etməkdə israr edir və ordunu bu istiqamətdə addımlarını sürətləndirməyə məcbur edir?
Netanyahuya qarşı məhkəmə prosesi davam edir – Təl-Əvivdə dinləmələr başlayıb.
O deyib ki, HƏMASın hələ də 50 girovu əlində saxladığı bildirilir və onlardan yalnız 20-nin sağ olduğuna inanılır.
Bu gərginlik, İsrail hökuməti daxilində Qəzza ilə bağlı gələcək strategiyanın müəyyənləşdirilməsində ciddi fikir ayrılıqlarının olduğunu ortaya qoyur.
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ın “ABC News” telekanalına verdiyi açıqlamada bildirib ki, İranın ali lideri Əli Xameneinin öldürülməsi bu ölkə ilə münaqişəni bitirə bilər.
İsrailin Baş naziri Benyamin Netanyahu, İsrailin müdafiə naziri Yisrael Katsın Tehran sakinlərinə yönəlik hədəsindən sonra “Tehranın təxliyə edilməsi” mesajını verib.
Baş nazir Benyamin Netanyahu və onun hökumət üzvləri də daxil olmaqla israillilərin böyük əksəriyyəti bu müharibənin əvvəlcədən müəyyən edilmiş məqsədlərinə çatmadığını etiraf edir. Hazırda HƏMAS-ın əlində 58 israilli girov saxlanılır.
Tramp, həmçinin Şəraa barədə “çox cazibədar şəxs” ifadəsini işlətdi və gözlənilmədən Suriyaya qarşı sanksiyaların ləğv edildiyini elan etdi