#Somali hərbi əməliyyatlar

Somali Federal Hökumətinin Nazirlər Şurası 5 fevralda keçirilən iclasında Türkiyə ilə dənizçilik sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə başda olmaqla, dəniz ticarətinə dair bir sıra mühüm saziş və konvensiyaları təsdiq edib. Baş nazir Həmzə Abdi Barrenin rəhbərliyi ilə baş tutan toplantıda ölkədə davam edən quraqlıq vəziyyəti, onun su və qida ehtiyatlarına təsiri barədə hesabatlar dinlənilib. Hökumət mövcud böhranın fəsadlarını azaltmaq üçün təxirəsalınmaz tədbirlər planı hazırlayıb. Bu çərçivədə təbii və insan amilli fəlakətlərə qarşı hazırlıq, qarşısının alınması və müdaxilə proseslərini vahid mərkəzdən tənzimləyən Milli Fəlakət və Risk İdarəetmə Fondunun yaradılması barədə qərar qəbul edilib.

ABŞ Dövlət Departamenti Somaliyə yönəlik bütün yardımların dayandırıldığını açıqlayıb. Departamentin yazılı açıqlamasında bildirilir ki, “Somali Federal Hökuməti’ne birbaşa və ya dolayı yolla fayda verən bütün ABŞ yardım proqramları dayandırılmışdır.” Açıqlamada həmçinin vurğulanır ki, bu addım, Somali hökumətinin “qəbul edilməz hərəkətləri” nəticəsində atılıb və yardımların davam etməsi Somali hökumətinin zəruri islahat və düzəlişləri həyata keçirməsinə bağlıdır.

Misirin Xarici İşlər naziri Bədr Əbdülattı Çərşənbə günü Somalinin birliyi, suverenliyi və ərazi bütövlüyünün Misir tərəfindən tam dəstəkləndiyini vurğulayıb. O, bu prinsipləri Afrika Buynuzu və Qırmızı dəniz regionunun sabitliyinin əsas sütunu kimi qiymətləndirib. Əbdülattı hər hansı bir birtərəfli tədbirləri, paralel qurumlar yaratmaq cəhdlərini və beynəlxalq hüquq çərçivəsi xaricində yeni siyasi reallıqların formalaşdırılmasını Misirin rədd etdiyini qeyd edib.