#Meşə yanğınlarına qarşı tədbirlər

Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Siyasət Tətbiq və Araşdırma Mərkəzinin İdarə Heyətinin üzvü Prof. Dr. Murat Türkeş avqust ayında yüksək temperatur və quraqlığın davam etdiyini, ayın sonuna qədər yağış gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, havanın normadan isti və quru keçməsi yanğın təhlükəsini artırır.

İspaniyanın şimal-qərb və cənub-qərb bölgələrində baş verən meşə yanğınlarına görə 10 mindən çox insan təxliyə edilib, quru və dəmir yolu nəqliyyatı ciddi şəkildə pozulub. Ölkənin şimal-qərbində yerləşən Kastiliya və Leon muxtar bölgəsinə daxil olan Leon və Zamora şəhərlərinin ətrafında yayılan meşə yanğınları nəticəsində 34 kənd boşaldılıb. 6 nöqtədə yanğınların davam etdiyi bölgədə 8 minə yaxın insan gecəni evlərindən kənarda keçirməli olub.

Türkiyənin Denizli vilayətinin Acıpayam rayonunda meşə yanğını baş verib. Yanğın meşəlik ərazidə başlayıb. Bölgəyə bir təyyarə, dörd helikopter, 19 yanğınsöndürmə maşını, 11 ilkin müdaxilə avtomobili, üç iş maşını və 121 nəfərlik heyət göndərilib.

Türkiyənin Manisa vilayətinin Şehzadeler rayonunda baş verən meşə yanğını ilə bağlı bir nəfər həbs edilib. Avqustun 11-də yerli vaxtla saat 16:45 radələrində başlayan yanğın, küləyin təsiri ilə qısa müddətdə meşəyə yayılıb. İzmir Meşə Regional İdarəsinə məxsus 4 helikopter, 17 yanğınsöndürmə briqadası və 3 texnika əraziyə cəlb edilib. Yanğın havadan və qurudan müdaxilə edilərək nəzarət altına alınıb.

İzmirin Buca rayonunda başlayan meşə yanğına hava və quru qüvvələri tərəfindən müdaxilə davam edir. Yanğınla bağlı aparılan istintaqda 3 şübhəli saxlanılıb. İzmirdə dünən başlayan və gecə boyu quru qüvvələri ilə müdaxilə edilən yanğına, günün ilk işıqları ilə hava vasitəsilə müdaxilə yenidən başlayıb. İzmir Meşə Regional İdarəsinə bağlı hava və quru vasitələri ilə yanğınsöndürən briqadaların yanğına müdaxiləsi davam edir.

İzmirin Buca və Aliağa rayonlarında meşə yanğınları baş verib. Hər iki yanğına havadan və qurudan müdaxilə edilir. İzmirin Buca rayonunda, yerli vaxtla saat 18:00 radələrində mikroavtobusda yanğın baş verib. Yol kənarındakı avtomobildə başlayan yanğın meşəyə yayılıb. Hadisə yerinə İzmir Meşə Regional Müdirliyinə məxsus hava vasitələri və çox sayda yanğınsöndürmə maşını göndərilib.

Böyükevren kəndində naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə Gülçavuş kəndinə doğru yayılıb. Hadisə yerinə Meşə Əməliyyat Müdirliyi, AFAD, İl Xüsusi İdarəsi, yanğınsöndürmə briqadaları və hava vasitələri cəlb olunub. Gün batana qədər havadan və qurudan söndürmə işləri aparılıb, gecə saatlarında isə mübarizə qurudan davam etdirilib.

Türkiyənin Çanakkale vilayətində yanğın qeydə alınıb. Yanğın Çanakkalenin Lapseki rayonuna bağlı Umurbey qəsəbəsində kənd təsərrüfatı sahəsində baş verib. Əsasən meyvə bağlarının yerləşdiyi sahədə alov, küləyin təsiri ilə sürətlə yayılıb.

Kanada, ölkə üzrə təxminən 6.9 milyon hektar ərazinin kül olduğu, son illərin ən şiddətli meşə yanğınlarından biri ilə mübarizə aparır. Kanadanın Təbii Sərvətlər Nazirliyi və Qurumlararası Meşə Yanğınları Mərkəzi (CIFFC) ölkədəki meşə yanğınlarına dair son məlumatları açıqlayıb. Buna görə, əsasən Britaniya Kolumbiyası, Alberta və Saskaçevan əyalətlərində olmaqla, ölkə üzrə təxminən 740 meşə yanğını aktiv vəziyyətdədir.

İspaniyanın cənubundakı Kadis şəhərinə bağlı məşhur turizm bölgəsi Tarifada iki gündür davam edən meşə yanğınları səbəbindən 1500-dən çox insan evlərindən və ya otellərdən təxliyə olunub. Endülüs muxtar bölgəsinin Daxili İşlər, Sosial Dialoq və Dövlət İdarəçiliyi naziri Antonio Sanz bildirib ki, Tarifada yerləşən "Torre la Pena II" düşərgə zonasından başlanan və sürətlə yayılan yanğınlara görə 1500-dən çox insan təxliyə edilib, 5 minə yaxın nəqliyyat vasitəsi ərazidən uzaqlaşdırılıb.