Messi 2005-ci ildə debüt etdiyi Argentina millisində indiyədək 193 oyun keçirib və 112 qol vurub. O, yığma ilə dünya çempionluğu, iki dəfə Kopa Amerika və 2008-ci ildə Olimpiya qızıl medalını qazanıb. Uzun illərdir Albiselestenin simasına çevrilən futbolçu artıq karyerasının son mərhələsindədir.
#2026 Dünya Çempionatı seçmə mərhələ
Mançester Sitinin hücumçusu Erlinq Haaland Norveç millisində adının bundan sonra sadəcə "Haaland" deyil, "Braut Haaland" kimi yazılacağını açıqlayıb. Bildirilib ki, Norveç azarkeşləri artıq sentyabr oyunlarından etibarən yeni formanı görəcəklər.
Arsenalın alman futbolçusu Kai Havertz dizindəki zədə səbəbindən sentyabr ayında keçiriləcək DÇ-2026 seçmə mərhələsinin oyunlarında Almaniya millisinin heyətinə daxil edilməyib. Havertz yeni mövsümün ilk turunda Mançester Yunaytedlə oyunda zədələnərək meydanı yarımçıq tərk edib.
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti 2026-cı il Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsinin son oyunları üçün heyəti elan edib. İtaliyalı mütəxəssis Çili və Boliviya ilə qarşılaşmalarda 23 futbolçunu çağırıb, lakin üç böyük ulduz – Neymar, Vinisius Junior və Rodriqo heyətdən kənarda qalıb.
Hazırda Fənərbaxçanı çalışdıran məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyo milli komanda ilə bağlı iddialı açıqlama verib.
2026-cı ildə keçiriləcək və ilk dəfə 48 komandanın iştirak edəcəyi FIFA Dünya Çempionatının püşkatma mərasimi 5 dekabr 2025-ci il tarixində ABŞ-ın Las Veqas şəhərində baş tutacaq.