"Reuters" xəbər agentliyinin Ağ Evdəki yüksək rütbəli rəsmiyə istinadən verdiyi məlumata görə, Prezident Donald Tramp Avropada yerləşdirilmiş bəzi ABŞ hərbi qüvvələrinin geri çəkilməsi variantını ciddi şəkildə nəzərdən keçirir. Ağ Ev rəsmisi bildirib ki, bu addım Tramp administrasiyasının qlobal hərbi mövcudluğu yenidən qiymətləndirmək və müttəfiqlərin müdafiə xərcləri ilə bağlı öhdəliklərini artırmaq strategiyasının tərkib hissəsidir.
#ABŞ müdafiə xərcləri
ABŞ Dövlət Departamenti, Polşaya 780 milyon dollar dəyərində hərbi satışa – 2 min 506 ədəd Javelin raketi və 253 buraxılış qurğusunun verilməsinə rəsmi olaraq razılıq verib. Bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinə bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi (DSCA) tərəfindən yayımlanıb.
ABŞ administrasiyasının müdafiə xərclərinin artırılması ilə bağlı Yaponiyaya yönəlik təzyiqlərindən sonra Tokio iyulun əvvəlində planlaşdırılan yüksək səviyyəli görüşü ləğv edib.