#Türkiyə yerli avtomobil satışları

2025-ci ildə Türkiyədə törədilən qəza sayı 676 min 706 olub. İdarədən verilən məlumata görə, keçən ilin avtomobillərin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 589 min 141, qeydiyyatda olduğu ərazidən kənarda törədilən qəzaların sayı isə 87 min 565 olub. “Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralanan vətəndaşların sayı 407 min 352, vəfat edənlərin sayı isə 2 min 541 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.

2025-ci ilin yanvar – dekabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz artaraq, 94 milyon 950 min 33 dollara bərabər olub. Türkiyə 2025-cü ilin dekabr ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz artaraq, 12 milyon 262 min dollara çatdırıb. Qeyd edək ki,2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz artaraq, 41 milyard 521 milyon 96 min dollara bərabər olub.

Türkiyə avtomobil sənayesində uzun müddətdir gözlənilən mühüm bir addım reallaşdı. Sermaye Bazarları Qurumu (SPK), TOFAŞ Türk Otomobil Fabrikası A.Ş. ilə qlobal avtomobil nəhəngi Stellantis-in Türkiyə əməliyyatlarının birləşməsinə rəsmi olaraq təsdiq verdi. SPK-nın qərarı ilə TOFAŞ, Stellantis Otomotiv Pazarlama A.Ş. (Stellantis Türkiyə) ilə birləşmə prosesini tamamlayacaq. Şirkət bu barədə Kamuyu Aydınlatma Platformu (KAP) üzərindən rəsmi açıqlama yayıb.

2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 654 min 413 yeni minik avtomobili satılıb. Avtomobil bazarında ən çox satılan marka Renault, ən çox satılan model isə Renault Clio olub. Avtomotiv Distribütorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən yayımlanan statistikaya görə, bu ilin ilk 8 ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,24% artaraq 817 min 345 ədəd təşkil edib.