Meta-nın yeni süni intellekt görüntü aşkarlama aləti şirkətin öz AI modeli tərəfindən yaradılan bəzi şəkilləri kəsildikdən sonra müəyyən edə bilməyib. Reuters-in testinə əsasən, “Muse Image” modeli ilə yaradılan 40 görüntünün orijinal versiyaları detektor tərəfindən tanınıb. Lakin şəkillər kəsildikdən sonra sistem həmin görüntülərin 55 faizini aşkar etməyib. Meta bildirir ki, sistem hələ ilkin təqdimat mərhələsindədir və “Content Seal” adlı görünməz su nişanı vasitəsilə AI görüntülərini müəyyən etməyə çalışır. Şirkət ağır redaktələr zamanı siqnalın zəifləyə biləcəyini qəbul edib. Nəticələr AI tərəfindən yaradılan saxta görüntülərlə mübarizədə texnoloji çətinliklərin davam etdiyini göstərir.
#Deepfake
İtaliyanın Baş naziri Ciorcia Meloni dünən internetdə yayılan, süni intellekt tərəfindən yaradılmış şəkillərini pisləyib və "inanmazdan əvvəl yoxlayın, paylaşmazdan əvvəl inanın" çağırışını edib və qeyd edib ki, bu şəkillər onu olduqca narahat edib.
Sosial şəbəkə platformalarında fəaliyyət göstərən bir sıra hesablar vasitəsilə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin adından “deepfake” texnologiyası tətbiq olunmaqla hazırlanmış, reallığı əks etdirməyən və saxta məzmunlu video yayılıb.
“Facebook” sosial şəbəkə platformasındakı bir sıra hesablarda Azərbaycan Respublikasının Prezidentinin adından “deepfake” texnologiyası ilə hazırlanmış, reallığı əks etdirməyən açıqlama yayılıb. Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) məlumatında bildirilib. Bildirilir ki, süni intellektin köməyi ilə hazırlanmış, ictimai rəyi çaşdırmağa yönələn bu dezinformasiya nümunəsi vətəndaşların fərdi məlumatlarını ələ keçirərək onlara maddi ziyan vurmaq məqsədi daşıyır.