#Doha

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani çərşənbə günü Dohada Suriya Prezidenti Əhməd əl-Şaraa ilə regional və beynəlxalq proseslərin müzakirə edildiyi rəsmi görüş keçirib. Şeyx Təmim bu səfərin iki ölkə arasında müxtəlif sektorlar üzrə əməkdaşlığı gücləndirəcəyinə və əlaqələri daha da genişləndirəcəyinə ümid etdiyini bildirib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər Qətərin Baş nazirinin müavini və müdafiə məsələləri üzrə dövlət naziri Şeyh Suud bin Əbdürrəhman bin Həsən Al Sani ilə görüşüb. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında verilən məlumata görə, nazirlərin görüşü Dohada baş tutub. Rəsmi qarşılanma mərasimindən sonra tərəflər arasında ikitərəfli görüş keçirilib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər rəsmi səfər çərçivəsində Qətərə gedib. Türkiyə Milli Müdafiə Nazirliyinin sosial şəbəkə hesabından verilən məlumata görə, nazir Yaşar Gülər paytaxt Dohadakı qarşılanma mərasimindən sonra Qətər-Türk Birləşmiş Müştərək Qüvvələr Komandanlığına baş çəkib. Nazir hərbi hissədə yoxlamalar aparıb və bölmələrin fəaliyyəti ilə yaxından tanış olub.

Birləşmiş Krallığın Dəniz Ticarət Əməliyyatları (UKMTO) agentliyi Qətər sahillərində ticarət gəmisinə qarşı hücumun baş verdiyini elan edib. Rəsmi məlumata görə, insident Qətərin paytaxtı Doha şəhərindən təxminən 17 dəniz mili (31,84 km) şimalda qeydə alınıb.

Qətər rəsmiləri çərşənbə axşamı ölkəyə qarşı təşkil edilən raket hücumunun qarşısının alındığını açıqladılar. Bu hadisə İranın ali liderinin ölümü ilə nəticələnən ABŞ və İsrail zərbələrinə cavab olaraq başlatdığı genişmiqyaslı qisas kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilir. Tehran administrasiyası keçən ayın sonunda Yaxın Şərqdə müharibənin başlamasından bəri Körfəz qonşularına qarşı mütəmadi zərbələr endirir ki, bu da mülki aviasiya uçuşlarının pozulmasına və qlobal enerji tədarükünün zəifləməsinə səbəb olur.

BAKI,VOA, Fərid Mikayılov Qətərin Müdafiə Nazirliyi ölkəyə yönəlmiş raket hücumunun hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlayıb. VOA xəbər verir ki, rəsmi məlumata görə, Qətər Silahlı Qüvvələri ölkəyə yönəlmiş raketi vaxtında aşkar edərək onu havada məhv edib.

Qətər hakimiyyəti təhlükəsizlik səbəbilə paytaxt Dohada ABŞ səfirliyi ətrafında yaşayan şəxslərin təxliyəsinə başlayıb. Qətər Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, ictimai təhlükəsizlik məqsədilə müvəqqəti tədbir kimi ABŞ səfirliyinin yerləşdiyi ərazi ətrafında yaşayan sakinlərin təxliyəsi həyata keçirilir.

Qətərin paytaxtı Dohada bazar günü Livan Silahlı Qüvvələri və Daxili Təhlükəsizlik Qüvvələrinə dəstək məqsədilə Parisdə keçiriləcək beynəlxalq konfrans ərəfəsində hazırlıq iclası baş tutacaq. Doha görüşündə Fransa, ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Misir olmaqla beş sponsor ölkə, eləcə də digər dövlətlər və beynəlxalq təşkilatlar iştirak edəcək. Məqsəd Livan ordusunun ehtiyaclarını müəyyənləşdirmək və martın 5-də Parisdə keçiriləcək əsas konfrans üçün maliyyə və hərbi dəstək mexanizmlərini formalaşdırmaqdır.

Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin “Shura Council”nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb. Xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığı ilə Sevil Mikayılova 13-14 yanvar tarixlərində IPU-nun İcraiyyə Komitəsinin 298-ci sessiyasında iştirak etmək üçün Dohaya səfər edib. Tədbir çərçivəsində, Qətər parlamenti sədrinin müavini Həmda Əl-Sulaytinin təşəbbüsü ilə Azərbaycanın İPU-dakı nümayəndəsi Sevil Mikayılova ilə görüş keçirilib.